Azərbaycan və Vyetnam mədəni-humanitar əməkdaşlığı genişləndirir

media-ads_728_90

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Xaricdəki Vyetnamlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nguyen Trung Kien, Vyetnam xarici işlər nazirinin müavini Le Thi Thu Hang, həmçinin mədəniyyət, idman və turizm nazirinin müavini Ta Quang Dongla görüşüb.

“TV1” xəbər veriri ki, bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsi məlumat paylaşıb.

Bildirilib ki, Xaricdəki Vyetnamlılarla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan–Vyetnam əlaqələrinin tarixinə və qarşılıqlı səfərlərə diqqət çəkib. Azərbaycanın etibarlı tərəfdaş və dost olduğunu vurğulayan Le Thi Thu Hang qeyd edib ki, diaspor sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi xaricdə yaşayan soydaşların təşkilatlanmasına, uğurlu inteqrasiyasına xidmət edir.

Vyetnamın mədəniyyət, idman və turizm nazirinin müavini isə mədəni və humanitar əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın diaspor sahəsində təcrübəsini yüksək qiymətləndirərək, bunun öyrənilməsi və gələcək əməkdaşlıqda istifadəsinin vacibliyini qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan–Vyetnam münasibətlərinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Azərbaycan icmasının Vyetnam cəmiyyətinə inteqrasiyası barədə fikirlərini bölüşüb.

Müzakirələr zamanı Azərbaycanın yeni nəsil diaspora yönələn təşəbbüsləri böyük maraq doğurub. Bu təşəbbüsləri əhatə edən videotəqdimat iştirakçılar tərəfindən maraqla izlənilib. Eyni zamanda, Azərbaycan ilə Vyetnam arasında tarixən mövcud olan dostluq münasibətlərinin inkişafına mühüm töhfə verən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin işinə uğurlar arzulanıb.

media-ads_728_90
Paylaş