Fransada 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı atışma terror aktı kimi araşdırılır
Parisin qərbində yerləşən Trapp şəhərində atışma baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.
“TV1” xəbər verir ki, Fransanın hüquq-mühafizə orqanları Parisin cənub-qərbində yerləşən İvelin departamentinin Trapp kommunasında baş verən və bir nəfərin ölümü, beş nəfərin yaralanması ilə nəticələnən atışmanı terror aktı kimi qiymətləndirir.
Bu barədə Fransanın daxili işlər naziri Loran Nünez BFMTV telekanalına açıqlamasında bildirib.
“Prokuror hadisəni terror cinayəti kimi tövsif edib. Atəş açan şəxslə bağlı motivlər hələ müəyyənləşdirilməlidir, lakin prokuror motivin irqi zəmində ola biləcəyini bildirib”, – deyə nazir qeyd edib.
Hadisə Fransada genişmiqyaslı iğtişaşların baş verdiyi dövrə təsadüf edib. Sentyabrın sonunda təhsil sahəsindəki problemlərə etiraz edən yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayan etirazlar tədricən bütün ölkəni əhatə edib. Daha sonra nümayişçilər yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxıblar.








