media-1200x100

Borrell iki israilli nazirə sanksiya tətbiqinə çağırıb

media-ads_728_90

“Bəzi israilli nazirlərə sanksiya tətbiq etməklə bağlı sorğu başlatmışam”.

“TV1” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Brüsseldə Aİ xarici işlər nazirləri ilə görüşdən əvvəl jurnalistlərə bildirib.

“Mən üzv dövlətlərdən fələstinlilərə qarşı nifrət mesajları verən və beynəlxalq hüquqa açıq şəkildə zidd olan təkliflər edən bəzi israilli nazirlərin sanksiyalar siyahısına daxil edilməsini məqsədəuyğun hesab edib-etmədiklərini soruşmaq üçün prosedur başlatdım”, – deyə o, əlavə edib.

media-ads_728_90
Paylaş