Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb

media-ads_728_90

Moskvada Azərbaycanın görkəmli müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin qarşısında anım tədbiri keçirilib. Tədbir əfsanəvi musiqiçinin vəfatının 18-ci ildönümünə həsr olunub.

“TV1”  xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından görkəmli musiqiçinin heykəlinin önünə gül dəstələri qoyulub.

Əfsanəvi müğənninin ailəsi, dostları və çoxsaylı pərəstişkarı onun xatirəsini yad etmək üçün toplaşıblar. Tədbirdə müğənninin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, Azərbaycanın Xalq artisti Emin Ağalarov, “Crocus Group”un prezidenti Araz Ağalarov, tanınmış onkoloq, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyev və başqaları iştirak ediblər.

Mərasim iştirakçıları görkəmli musiqiçinin Rusiya paytaxtının mərkəzində, Azərbaycan səfirliyinin yaxınlığında ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar. Anım tədbirində Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib.

Xatırladaq ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də Moskvada 66 yaşında vəfat edib. Görkəmli musiqiçi Bakıdakı Fəxri xiyabanda dəfn olunub.

media-ads_728_90
Paylaş