media-1200x100

Daşaltı Dövlət Təbiət Yasaqlığının Əsasnaməsi təsdiq edilib

media-ads_728_90

Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnaməsi təsdiq edilib.

“TV1” xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Yasaqlıq Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 24 noyabr tarixli 416 nömrəli Qərarı ilə Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində yaradılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 iyun tarixli 306s nömrəli Sərəncamı ilə fəaliyyəti bərpa edilib.

Əsasnamədə Yasaqlığın fəaliyyət istiqamətləri, xüsusi mühafizə rejiminin xüsusiyyətləri və Yasaqlığın mühafizəsi müəyyənləşib.

media-ads_728_90
Paylaş