Lavrov: “Fransa Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə saxlayıb”
“Moskva və Paris arasında münasibətlər, o cümlədən Fransanın söz azadlığı məsələsindəki mövqeyinə görə ən aşağı həddə çatıb”.
“TV1” müxbiri xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Telegramın qurucusu Pavel Durovun Fransada saxlanılmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Fransada Durova çıxışı ilə bağlı notası nəzərdən keçirilir. O, həmçinin qeyd edib ki, Telegram platforması rahat və “həqiqətən qorunur” və Durovun saxlanılması bunu sübut edir.
Lavrov deyib ki, Fransa hakimiyyəti Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə kiminsə məsləhəti ilə saxlayıb.