Makronla Durovun məxfi görüşünün bəzi detalları məlum olub

media-ads_728_90

Fransa prezidenti Emmanuel Makron 2018-ci ildə “Telegram”ın qurucusu Pavel Durova şirkətin əsas ofisini Parisə köçürməyi təklif edib.

“TV1” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumatda iddia olunur ki, Durovla siyasətçi arasında baş tutan işgüzar nahar barədə daha əvvəl ictimaiyyətə heç bir məlumat verilməyib.

Bildirilir ki, Durov görüş zamanı Fransa vətəndaşlığı almaq haqqında məsələni qaldırıb, lakin öz şirkətinin baş ofisini Fransaya köçürməkdən imtina edib.

Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.

media-ads_728_90
Paylaş