Məkkə Müdafiə Sazişi Türkiyə parlamentinə təqdim edilib
Türkiyə xarici işlər nazirinin müavini Levent Gümrükçü Məkkə Müdafiə Sazişini ölkə parlamentinə təqdim edib.
“TV1” xəbər verir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Müdafiə Sazişi əməkdaşlıq və kollektiv müdafiə yolu ilə regional təhlükəsizliyi gücləndirməyi hədəfləyir.
L.Gümrükçü avqustun 7-də imzalanan sənəd üzrə Səudiyyə Ərəbistanı və Pakistanın daxili ratifikasiya prosedurlarını tamamladığını və tələb olunan rəsmi bildirişləri təqdim etdiyini bildirib.
Gümrükçü sazişin əməkdaşlıq və kollektiv müdafiəyə əsaslanan regional təhlükəsizlik çərçivəsinin yaradılması istiqamətində ilk addım olduğunu bildirib.
3 üç ölkə regiondan kənarda həll yolları gözləmək əvəzinə, regional problemlərin həlli üçün məsuliyyət daşımağı hədəfləyir.
O, çərçivənin qarşılıqlı etimada əsaslanan dialoq və əməkdaşlığı gücləndirməklə, habelə davamlı sabitliyi təşviq etməklə təkcə imza atan üç ölkənin təhlükəsizliyinə deyil, həm də daha geniş regionun təhlükəsizliyinə töhfə verməyi nəzərdə tutduğunu deyib.
Nazir müavini sazişin tamamilə müdafiə xarakterli olduğunu və heç bir ölkəni hədəf almadığını vurğulayıb.








