media-1200x100

Peskov: Rusiya Türkiyədə qaz qovşağı yaratmağı planlaşdırır

media-ads_728_90

“Ukraynanın Rusiya qazının tranziti müqaviləsini uzatmaqdan imtina etməsi avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq, Rusiya Federasiyasının isə alternativ tədarük marşrutları var”.

“TV1” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ukrayna tərəfinin belə bir qərarı avropalı istehlakçıların maraqlarına da ciddi ziyan vuracaq”, – o, jurnalistlərə bildirib.

Mətbuat katibi qeyd edib ki, Rusiyanın Avropaya alternativ təchizat marşrutları var:

“Alternativ marşrutlar var, Türkiyədə qovşağın yaradılması planlaşdırılır və bununla bağlı iş gedir”.

media-ads_728_90
Paylaş