Rusiyanın nüvə silahından istifadə doktrinası dəqiqləşdirilir
“Hazırda Rusiyanın nüvə silahından istifadə doktrinası dəqiqləşdirilir”.
“TV1” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata bəyanatında deyib.
O bildirib ki, Qərb ölkələri Rusiya ilə münaqişənin eskalasiyasında maraqlıdır və bu siyasətindən əl çəkmək niyyətində deyil.
Qeyd edək ki, Rusiyada qeyri-strateji nüvə təlimlərinin üçüncü mərhələsi başlayıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, təlimə Cənubi və Mərkəzi Hərbi Dairələrin, aerokosmik qüvvələrin şəxsi heyəti cəlb olunub. Qurumdan bildirilib ki, hərbi qulluqçular Rusiya Federasiyası Silahlı Qüvvələrinin hissələrinin qeyri-strateji nüvə silahına döyüş tətbiqinə hazırlıq məsələləri üzərində işləyəcəklər. /trend/