“Space”in yeni baş direktor təyin edildi

media-ads_728_90

“Space” televiziyasına yeni baş direktor təyin edilib.

“TV1” xəbər verir ki, “Space” televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.

Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, “Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl sözügedən televiziyanın bağlanacağı ilə bağlı xəbərlər yayılmışdı.

Qeyd edək ki, bu barədə ilk məlumatı “manset.az” saytı yazıb.

media-ads_728_90
Paylaş