Tramp-Harris debatı bu tarixdə keçiriləcək
ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında debat sentyabrın 10-da keçiriləcək.
“TV1” xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş lideri Donald Tramp “Truth social” platformasında məlumat yayıb.
“Mən Radikal Sol Demokratlarla yoldaş Kamala Harrislə debatın keçirilməsilə bağlı razılığa gəldim”, – deyə Tramp vurğulayıb.