Tramp: “Zukerberq ömrünün qalan hissəsini həbsdə keçirə bilər”
“Meta” şirkəti ABŞ-də prezident seçkisində Donald Trampa qarşı sui-qəsd hazırlayarsa, Mark Zukerberq ömrünün qalan hissəsini həbsdə keçirə bilər.
“TV1” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib.
Tramp nəşrə hazırlanan kitabında bu barədə yazıb:
“Əgər o bu dəfə qeyri-qanuni bir iş görsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək – 2024-cü il prezident seçkisində saxtakarlıq etmiş digərləri kimi”.
Tramp Zukerberqin 2020-ci il seçkisi zamanı ona qarşı sui-qəsd hazırladığına inanır.