media-1200x100

UEFA prezidenti Kriştianu Ronalduya xüsusi mükafat təqdim edəcək

media-ads_728_90

UEFA Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunu mükafatlandıracaq.

“TV1” xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 39 yaşlı hücumçu Çempionlar Liqasında bütün zamanların ən sərrast oyunçusu üçün hazırlanmış xüsusi hədiyyəyə layiq görülüb.

Təcrübəli forvarda mükafatı avqustun 29-da qitənin 1 nömrəli klub turnirinin 2024/2025-ci illər mövsümünün əsas – liqa mərhələsinin püşkatma mərasimində UEFA prezidenti Aleksander Çeferin təqdim edəcək. Tədbir Monako şəhərində təşkil olunacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu Çempionlar Liqasında meydana çıxdığı 183 oyunda 140 qol vurub. O, 7 fərqli mövsümdə (2007/08, 2012/13, 2013/14, 2014/15*, 2015/16, 2016/17, 2017/18) turnirin bombardiri olub.

media-ads_728_90
Paylaş