“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilir ki, sərnişinlərin avtobuslara daha rahat və maneəsiz minib-düşməsini təmin etmək məqsədilə bəzi marşrutların hərəkət sxemi və dayanacaqları dəyişdirilir.
Oktyabrın 19-dan 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar Moskva prospektindəki “14 saylı notariat ofisi”nin yanında mövcud olan dayanacaq məntəqəsində saxlamayacaq. Əvəzində metro çıxışlarında və növbəti dayanacaq olaraq “Şamaxinka”da saxlayacaq.
Həmçinin qeyd olunan 156, 156A və 170 nömrəli marşrutların sxemi dəyişdiriləcək. Avtobusların hərəkəti Əli Tağızadə küçəsi ilə təşkil ediləcək.








