“28 May"dan "Dərnəgül"ə doğru sonuncu qatar yola salınıb
“28 May”dan “Dərnəgül”ə doğru sonuncu qatar yola salınıb.
“TV1” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin məlumatında bildirilir.
Qeyd olunur ki, avqustun 15-i “Həzi Aslanov” istiqamətindən gələn qatar saat 00:32-də “28 May” stansiyasından sonuncu dəfə “Dərnəgül”ə doğru hərəkət edib.
Bu son səfər Bakı metrosunun inkişafında yeni dövrün başlanğıcına doğru atılan mühüm addımdır.








