Kolumbiyada zəlzələdə ölənlərin sayı 164-ə çatıb
Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində 164 nəfər həlak olub, 570 nəfər isə yaralanıb.
“TV1” xəbər verir ki, böyük dağıntılar səbəbindən ölkənin 32 şəhərində qırmızı təhlükə səviyyəsi elan edilib.
Xatırladaq ki, 7,4 maqnitudalı zəlzələ avqustun 10-da yerli vaxtla səhər saat 7:34-də Kolumbiyanın qərbində baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri paytaxt Boqotadan təxminən 280 km qərbdə yerləşib. Zəlzələ ölkə ərazisinin böyük hissəsində, o cümlədən Panamada da hiss olunub.








