5 şahmatçımız Dünya Kubokunda iştirak edəcək

media-ads_728_90

Azərbaycanın 5 şahmatçısının bu il Hindistanın Qoa ştatında keçiriləcək Dünya Kubokunda iştirakı təsdiqlənib.

“TV1” xəbər verir ki, yarışda Nicat Abasov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Read Səmədov və Əhməd Əhmədzadənin mübarizə aparacağı dəqiqləşib.

Azərbaycanın daha bir təmsilçisinin adı sonra açıqlanacaq.

Qeyd edək ki, oktyabrın 30-da start götürəcək Dünya Kubokunda ümumilikdə 206 şahmatçı çıxış edəcək. Yarışa noyabrın 27-də yekun vurulacaq.

media-ads_728_90
Paylaş