Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir

media-ads_728_90

Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.

“TV1”  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

O bildirib ki, mövcud ehtiyatlar 40 ay ərzində ölkənin mal və xidmət idxalının maliyyələşdirilməsi üçün yetərlidir:

“Beynəlxalq təcrübəyə əsasən, bu göstəricinin norması 3 ay təşkil etməlidir. Azərbaycanda isə bu rəqəm 40 aya bərabərdir ki, bu da olduqca böyük maliyyə yastığıdır”.

media-ads_728_90
Paylaş