Pakistanda ambulansın partlaması nəticəsində 9 nəfər ölüb

media-ads_728_90

Pakistan polisinin cümə axşamı verdiyi məlumata görə, ölkənin cənubunda ambulansın oksigen balonunun partlaması nəticəsində doqquz nəfər ölüb, bir neçə yaralı var.

“TV1” xəbər verir ki, “Dawn” nəşrinin  yaydığı məlumata görə,, hadisə çərşənbə axşamı günü cənubi Sind əyalətinin Tarparkar rayonundakı yerli xəstəxanada tibb personalının xəstələri köçürməyə hazırlaşdığı vaxt baş verib. Ambulansın içərisindəki oksigen balonu partlayıb və nəticədə avtomobil yanıb.

Ölənlər arasında xəstələr və xəstəxana işçiləri də olub. Digər beş nəfər isə ağır yanıq xəsarətləri alıb.

media-ads_728_90
Paylaş