Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb

media-ads_728_90

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib.

“TV1” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclas çərçivəsində Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin Beynəlxalq İşlər Direktorluğunun direktoru briqada generalı Jamal Ebrahim Mohamed Almarzooqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tədbirdə ordularımız arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, hərbi əməkdaşlığın cari vəziyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yekunda Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclasının Protokolu və 2027-2029-cu illər üçün əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb.

media-ads_728_90
Paylaş