Məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır
Bakıda məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır.
“TV1” xəbər verir ki, bu barədə Baş Prokurorluq medianın sorğusuna cavab olaraq bildirib.
Bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.








