Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

media-ads_728_90

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

“TV1” xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə Ermənistan təmsilçisi Karen Aslanyana 4:8 hesabı ilə məğlub olub.

Beləliklə, Nihat Məmmədli dünya çempionatını ikinci pillədə başa vurub.

Bu gün, həmçinin Azərbaycanın digər yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal görüşünə çıxacaq.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin hesabında 2 qızıl medal var. Yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar.

Mundiala noyabrın 1-də yekun vurulacaq.

media-ads_728_90
Paylaş