Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb
Nigeriyanın şimal-şərqində yerləşən Taraba ştatının Binari bölgəsində silahlı şəxslərin hücumu nəticəsində azı 62 nəfər həlak olub, 52 nəfər yaralanıb.
“TV1” xəbər verir ki, BƏƏ-nin WAM agentliyinin yaydığı məlumata görə, bu barədə Milli Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin Taraba ştatı üzrə rəhbəri Ladan Ayuba məlumat verib.
Onun sözlərinə görə, hücum Kərim-Lamido yerli idarəetmə ərazisinə daxil olan Binari bölgəsində baş verib. Hücumu yerli əhalinin tərcümədə “quldurlar” adlandırdığı silahlı şəxslər törədiblər.
Hadisə nəticəsində, həmçinin minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb.








