İspaniyada iki sərnişin qatarı toqquşub: 50 nəfər həlak olub

media-ads_728_90

İspaniyada iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 50 nəfər həyatını itirib.

“TV1”  xəbər verir ki, bu barədə ABC nəşri məlumat yayıb.

Qəza yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 12:00) Madrid-Əndəlüs yüksəksürətli magistralında, Urda dəmiryol stansiyasının yaxınlığında yerləşən Los-Yebenes və Urda yaşayış məntəqələri arasındakı ərazidə qeydə alınıb.

Qatarlardan birinin iki vaqonu relsdən çıxaraq aşıb və dəmir yolu xəttindən kənara düşüb. Hadisə şahidləri çox sayda insanın xəsarət aldığını bildiriblər. Əraziyə tibb işçiləri cəlb olunublar.

Hazırda hadisə yerində təcili yardım xidmətləri fəaliyyət göstərir: xilasedicilər sərnişinləri zədələnmiş vaqonlardan çıxarır, həkimlər isə yaralılara ilkin tibbi yardım göstərirlər. Şahidlərin sözlərinə görə, xəsarət alanlar çoxdur, lakin onların dəqiq rəsmi sayı hələlik bəlli deyil.

“Renfe” şirkətindən verilən məlumata əsasən, Madrid, Syudad-Real və Əndəlüs istiqamətlərində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Dəmiryol operatorları sərnişinlər üçün əvəzedici marşrutlar təşkil edirlər.

Hakimiyyət orqanları qəzanın başvermə səbəblərini araşdırmağa başlayıb. Mütəxəssislər dəmir yolu xətlərinin vəziyyətini, siqnalizasiya sistemlərinin göstəricilərini və qatarların telemetriyasını yoxlayırlar.

Faciənin texniki nasazlıq və ya dispetçer xətası üzündən baş verməsi istisna edilmir.

Ölkənin Baş naziri Pedro Sançes həlak olanların yaxınlarına başsağlığı verib və hadisənin bütün detallarının dərindən araşdırılacağına söz verib. Günahkarların müəyyən edilməsi məqsədilə prokurorluq tərəfindən artıq cinayət işi açılıb.

media-ads_728_90
Paylaş