6 milyard dollar İrana qaytarılır

media-ads_728_90

İran və Qətər əmirlikdə olan 12 milyard dollarlıq (20 milyard 400 milyon AZN) İran aktivlərinin 6 milyard dollarının (10 milyard 200 milyon AZN) blokdan çıxarılması barədə razılığa gəliblər.

“TV1” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın Mətbuat xidməti məlumat yayıb.

“Əldə edilmiş razılığa əsasən, Qətərdə olan 12 milyard dollarlıq İran vəsaitlərinin ümumi məbləğindən 6 milyard dollar blokdan çıxarılacaq və ölkəyə qaytarılacaq. Həmçinin bu vəsaitlərin qalan hissəsinin qaytarılması istiqamətində zəruri işlər davam etdirilir”, – deyə məlumatda deyilir.

Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ-nin Qətərlə birlikdə İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar malların alınması üçün istifadə mexanizmi üzərində işlədiyi barədə xəbərlər yayılmışdı.

media-ads_728_90
Paylaş