7 ayda Azərbaycanda 405 min nəfərə Prezident təqaüdü ödənilib

media-ads_728_90

Bu ilin yanvar–iyul aylarında Azərbaycanda 405 min nəfərə ümumilikdə 474 milyon manat Prezident təqaüdü ödənilib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, ümumilikdə hesabat dövründə 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Onlardan 505 min nəfərə 738 milyon manat müavinət, 405 min nəfərə 474 milyon manat Prezident təqaüdü, 158 min nəfərə isə sosial sığorta hesabına 102 milyon manat müavinət ödənilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə müavinətlər üzrə 13 faiz, Prezident təqaüdləri üzrə 14 faiz, sosial sığorta hesabına ödənilən müavinətlər üzrə isə 8 faiz artıb.

Məlumata görə, bu ilin ilk 7 ayında daha 86 min müavinət və təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Sosial ödənişlərin elektron təyinatına başlanıldığı 2019-cu ildən indiyədək isə e-sistem vasitəsilə proaktiv qaydada təyin olunan müavinət və təqaüdlərin sayı 966 minə çatıb.

media-ads_728_90
Paylaş