8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

media-ads_728_90

2026-cı ilin yanvar-avqust ayları ərzində 56 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

“TV1” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, müavinət ödənişləri 26 675 nəfər qız, 30 305 nəfər oğlan uşağına görə aparılıb.

media-ads_728_90
Paylaş