media-1200x100

8 prokurorluq işçisi cəzalandırılıb - RƏSMİ

media-ads_728_90

2024-cü ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb.

“TV1” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib.
Qeyd edilib ki, 2024-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə, 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Həmçinin vurğulanıb ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad olunub, 4 nəfərə töhmət və ya şiddətli töhmət verilib.

media-ads_728_90
Paylaş