ABŞ-da atışma olub - 5 nəfər ölüb

media-ads_728_90

BŞ-nin Miçiqan ştatında baş verən atışmada beş nəfər ölüb.

“TV1” xəbər verir ki, polis atışma barədə məlumat daxil olduqdan sonra bir evə gəlib. Hadisə yerində üç nəfərin meyiti, bir yaralı aşkarlanıb, o, xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Çad Hikmanı axtararkən polislər başqa evdə dördüncü ölünü aşkar ediblər.

Daha sonra polis Hikmanın maşınını meşədə tapıb. Şübhəlinin və digər qurbanın meyitləri avtomaşının yaxınlığında tapılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

media-ads_728_90
Paylaş