ABŞ-da meşə yanğınının sahəsi bir gündə 3,2 min hektara qədər genişlənib

media-ads_728_90

ABŞ-ın Nevada ştatının şimalında baş verən Hawk meşə yanğınının sahəsi bir gün ərzində 3,2 min hektara qədər genişlənib.

“TV1” xəbər verir ki, yanğın Reno şəhəri yaxınlığında başlayıb və təxminən min evi təhlükə altına qoyub.

Yanğının yayılması ilə əlaqədar hakimiyyət orqanları bəzi ərazilərin sakinlərinin təxliyəsinə qərar verib.

Güclü külək yanğının söndürülməsini çətinləşdirir. Yerli yanğınsöndürmə xidmətinin rəhbəri Riçard Edvardsın sözlərinə görə, külək səbəbindən alov yaşayış məntəqələrinə sürətlə yaxınlaşır və bu, yanğınsöndürənlər üçün əlavə çətinliklər yaradır.

media-ads_728_90
Paylaş