ABŞ və İran nümayəndələrinin görüş yeri və vaxtı AÇIQLANDI

media-ads_728_90

ABŞ və İran nümayəndələri iyunun 30-da Qətərdə danışıqlar aparacaq.

“TV1” xəbər verir ki, bu barədə məlumatı ABŞ prezidenti Donald Tramp “Truth Social”da açıqlayıb.

D.Tramp qeyd edib ki, İran görüş tələb edib və görüş sabah Dohada keçiriləcək.

ABŞ prezidenti görüşlə bağlı digər təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Qərb mediası ABŞ və İran arasında texniki danışıqların Qətərdə keçirilə biləcəyini bildirmişdi. Tərəflərin əvvəllər imzaladıqları anlaşma memorandumunun müddəalarının ortaq şərhini axtarmaları gözlənilir.

media-ads_728_90
Paylaş