ABŞ-la müharibəyə son qoymağın vaxtıdır - Pezeşkian
ABŞ-la müharibəni indi bitirsək daha yaxşıdır.
“TV1” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
M.Pezeşkian bu fikrini İranın hazırda güclü mövqedə olması ilə əsaslandırıb.
O qeyd edib ki, bütün dünya İranın qalib gəldiyini etiraf edir.
“Dünya deyir ki, ABŞ bütün normalara zidd olaraq xəstəxanalara, məktəblərə və digər infrastrukturumuza zərbələr endirib. Yaxşıdır ki, müharibəni elə indi bitirək”, – deyə İran Prezidenti vurğulayıb.








