ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Rusiyada səfərdədir
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvada səfərdədir.
“TV” xəbər verir ki, “CBS News”-un müxbiri Cennifer Ceykobsun anonim mənbələrə istinadən açıqladığı məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya Endryus hərbi bazasından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-17 hərbi nəqliyyat təyyarəsi ilə gəlib.
Moskva, eləcə də Vaşinqton bu səfərlə bağlı məlumatı təsdiqləyib.
C.Retkliffin Moskvada kiminlə görüşə biləcəyi və nələrin müzakirə olunacağı isə hələlik açıqlanmayıb.








