media-1200x100

Aeroport yolunda sürücülərin çoxdan gözlədiyi YENİLİK/VİDEO

media-ads_728_90

Heydər Əliyev prospektinin Hava limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində hər iki istiqamətdə nişanlanma xətlərində dəyişikliklər həyata keçirilir.

“TV1” xəbər verir ki, bu barədə AYNA-nın məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, yolun 11 km hissəsində zolaqlar bərpa olunub.

Bildirilib ki, uzun illərdir qanunvericiliyin tələblərinə uyğun olmayan və sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə əvəz olunur:

“Bu dəyişiklik yolda nəqliyyat vasitələrinin nizamlı hərəkətinə imkan verməklə, təhlükəsizlik səviyyəsinin artmasına da kömək olacaq. Çünki daha əvvəl sürücülər yalnız icazə verilən məhdud yerlərdə yerdəyişmə edə bilirdilər ki, bu da yol nəqliyyat hadisələrinin baş vermə riskini artırmış olurdu”.

Qeyd edək ki, artıq Sabunçu yol qovşağı istiqamətində dəyişikliyin icrası yekunlaşıb. Görülən işlər çərçivəsində, həmçinin, yolboyu üfüqi nişanlanma xətləri yenilənib.

media-ads_728_90
Paylaş