AFFA 4 Premyer Liqa klubunu  cərimələyib

media-ads_728_90

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında Misli Premyer Liqasının III turunda baş verən qayda pozuntuları ilə bağlı bir sıra qərarlar qəbul edilib

“TV1” xəbər verir ki, bu barədə qurumun mətbuat ximəti məlumat yayıb.

“Qəbələ” – “Şamaxı” oyunundan sonra meydançaya kənar şəxsin daxil olması səbəbindən ev sahibi komanda 2500 manat xərcə düşüb.

“Kəpəz” – “Turan Tovuz” matçında 6 futbolçunun sarı vərəqə alması səbəbindən Gəncə təmsilçisinə 700 manat cərimə tətbiq olunub. Oyundan sonra meydana kənar şəxsin daxil olması və azarkeşlərin pirotexniki vasitədən istifadə etməsi səbəbindən isə “Kəpəz” müvafiq olaraq 2500 və 3000 manat cərimələnib.

“Zirə” – “Neftçi” oyununda ikinci sarıdan qırmızı vərəqə alan Elvin Bədəlov 1 oyunluq cəzalandırılıb və bu, “Neftçi”ni 500 manat ziyana salıb. Klub azarkeşlərinin meydana kənar əşya atmasına görə isə daha 2000 manat ödəyəcək.

“Sumqayıt” “Qarabağ”la oyunda azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 5000 manat xərcə düşüb. Həmin matçda birbaşa qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Kadi Borqes biri şərti olmaqla 3 matç cəzalandırılıb. Klub isə 3000 manat cərimə ödəyəcək. Şərti cəzanın sınaq müddəti 6 ay müəyyənləşdirilib.

media-ads_728_90
Paylaş