AFFA İntizam Komitəsi “Sumqayıt”ın prezidenti və baş məşqçisini cəzalandırıb

media-ads_728_90

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunun prezidenti Riad  Rəfiyevlə komandanın baş məşqçisi Saşa İliçi cəzalandırıb.

“TV1” xəbər verir ki, bununla bağlı qərar qurumun iclasında qəbul edilib.

Riad Rəfiyev Premyer Liqanın XXX turunun “Kəpəz”lə matçından sonra hakimlərin otağına daxil olduğu üçün ikisi şərti olmaqla, beş oyunluq cəza alıb. Klub isə 5000 min manat ziyana düşüb.

Baş məşqçi Saşa İliç isə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün qarşıdakı 2 oyunu buraxacaq. “Sumqayıt” serbiyalı mütəxəssisin davranışına görə 5000 manat cərimə edilib.

 

media-ads_728_90
Paylaş