media-1200x100

“Ağdam Residence” yaşayış kompleksində 6 yaşayış binası inşa edilib

media-ads_728_90

“Ağdam Residence” yaşayış kompleksi 1,55 hektar ərazini əhatə edir. Kompleksin ərazisində ilkin olaraq 6 yaşayış binası inşa edilib.

“TV1” xəbər verir ki, bu barədə “Ağdam Residence” layihəsinin tikinti rəhbəri Emin Cəfərov bildirib.

O qeyd edib ki, Ağdamın yeni baş planına əsasən şəhərdə həm fərdi evlər, həm də ortamərtəbəli yaşayış binalarının inşa olunması planlaşdırılır. Bu baxımdan “Ağdam Residence” yaşayış kompleksi işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən ilk yaşayış komplekslərindən biridir.

E.Cəfərov deyib ki, kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir. Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompleksin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

“Ağdam Rezidence” şəhərin mərkəzinə yaxın ərazidə yerləşir. Yaşayış kompleksi Ağdam şəhərinin yenidən qurulması, abadlaşdırılması və inkişafının təmin olunması istiqamətində öz əvəzsiz töhfəsini verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. İki gün öncə isə yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

media-ads_728_90
Paylaş