Ağdamda yeni yaşayış binaları tikiləcək - 23,7 milyonluq LAYİHƏ
Ağdam rayonunda yeni yaşayış binaları inşa olunacaq.
“TV1” xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında məlumat verilib.
Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binaları tikiləcək.
Məlumatda qeyd olunur ki, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 23,7 milyon manata başa gələcəyini proqnozlaşdırıb.