Ağdaşda yol qəzası - “TIR”la toqquşan “Mercedes”in sürücüsü öldü

media-ads_728_90

Bu gün saat 11 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində “Mercedes” markalı yük avtomobili “TIR”la toqquşub.

“TV1”  xəbər verir ki, “Mercedes”in sürücüsü 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

media-ads_728_90
Paylaş