media-1200x100

Ağdərə şəhərində 190 evin tikintisi nəzərdə tutulur - RƏSMİ

media-ads_728_90

“Ağdərə şəhərində 190 evin tikintisi nəzərdə tutulur”.

“TV1” xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev Xəzər İnşaat Həftəsində deyib.

O qeyd edib ki, Xocalıda 56, MalIbəyli və digər kəndlərdə 120 yaşayış binasının tikintisi nəzərdə tutulur.

“Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir. Xankəndi şəhərinə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb, lakin 5 mindən çox dövlət və qeyri-dövlət strukturların nümayəndələri, əməkdaşlar orada məskunlaşıb. Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə 1200 tələbə məskunlaşıb”, – deyə o əlavə edib.

media-hemid-mehdiyev

media-ads_728_90
Paylaş