Ağdərədə mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var

media-ads_728_90

Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.

“TV1” xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur.

Xəsarət alan 6 nəfərdən 3-ü Mingəçevirdəki özəl xəstəxanaya yerləşdiriliblər.

Qəza nəticəsində xəsarət alan digər 3 nəfər isə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş