Alen Simonyan: Bizə təzyiq göstərməyə davam etməyə çalışacaqlar, məsləhət görmürəm

media-ads_728_90

“Düşünürəm ki, onlar bizə təzyiq göstərməyə davam etməyə çalışacaqlar, bu isə əslində yaxşı bir şey deyil. Bunu etməyi məsləhət görmürəm, çünki bu, qardaş Ermənistan xalqında əks-reaksiya doğuracaq”.

“TV1” xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan seçkilərdən sonra Rusiyanın Ermənistana mümkün təzyiqləri barədə suala cavab verərkən belə deyib.

“Biz ölkənin azadlığını çiyələyə dəyişməyəcəyik. Azadlığın qiyməti çiyələk, badımcan və ya xiyar ola bilməz. Rusiya tərəfindən atılan addımlar baxımından bu, əks-reaksiya verdi. Əksinə, bu, cəmiyyəti mövcud hakimiyyətin ətrafında birləşdirdi. Amma onlar nədənsə bunu hələ də başa düşməyiblər”, – deyə o bildirib.

media-ads_728_90
Paylaş