Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayıb

media-ads_728_90

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

“TV1” xəbər verir ki, qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək.

Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

media-ads_728_90
Paylaş