Alimlər nəhəng qara dəliyin yanında cüt ulduz kəşf ediblər
Astronomlar Süd Yolu qalaktikasının mərkəzində yerləşən nəhəng qara dəlik – “Oxatan A*” yaxınlığında cüt ulduz sistemini aşkar ediblər.
“TV1” xəbər verir ki, bu barədə Avropa Cənub Rəsədxanası (ESO) məlumat yayıb.
Qeyd olunub ki, bu ulduzlarla qara dəlik arasındakı məsafə Günəş ilə Yer arasındakı məsafədən 1.5 dəfə çoxdur. Bu kəşf qara dəliklərə yaxın yerlərdə də kosmik obyektlərin mövcud ola biləcəyini sübut edir.
“Beynəlxalq tədqiqat qrupu qalaktikamızın mərkəzindəki nəhəng qara dəlik “Oxatan A*”nın yaxınlığında dövr edən cüt ulduz sistemini aşkar edib. Bu, nəhəng qara dəliyə bu qədər yaxın bir ulduz cütlüyünün ilk dəfə kəşf edilməsidir”, – deyə məlumatda bildirilir.
Alimlərin fikrincə, bu kəşf qara dəliklərə yaxın ərazilərdə planetlərin də mövcud olacağı ehtimalını artırır, çünki planetlər əsasən nisbətən gənc ulduzların ətrafında formalaşır.
Qeyd edək ki, amerikalı astronomlar qalaktikamızın mərkəzindəki nəhəng qara dəliyin kosmik birləşmənin nəticəsi olduğunu aşkar ediblər.