Almaniyada bu yay anomal istidən 14 minə yaxın insan ölüb

media-ads_728_90

Bu yay Almaniyada ekstremal yüksək temperaturlar nəticəsində 14 minə yaxın insan ölüb. 10 min ölüm halı iyunun sonunda bir həftə ərzində qeydə alınıb.

“TV1” xəbər verir ki, istilərlə əlaqəli 14 min ölüm halından 9600-ü Almaniyanın bəzi rayonlarında temperaturun 41 dərəcəni keçdiyi 22-28 iyun tarixləri arasında baş verib.

Bildirilir ki, əksər hallarda yüksək temperatur ürək-damar, ağciyər və böyrək xəstəliklərini kəskinləşdirir, bu da ölüm hallarının baş verməsinə gətirib çıxarır.

media-ads_728_90
Paylaş