Almaniyada meşə yanğını ilə əlaqədar 2 min nəfər təxliyə edilib

media-ads_728_90

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Düren rayonunda meşə yanğını səbəbindən 2 min sakin təxliyə olunub.

“TV1” xəbər verir ki, yanğın artıq 300 hektara yaxın ərazini əhatə edib.

Hakimiyyət orqanları vəziyyəti nəzarətdən çıxmış yanğın və genişmiqyaslı fövqəladə vəziyyət kimi qiymətləndirib.

Yanğınsöndürmə işlərinə 300-ə yaxın yanğınsöndürənlə yanaşı, Bundesverin və humanitar yardım təşkilatlarının qüvvələri də cəlb olunub.

Yanğının qəsəbələrdən birinə təxminən 300 metrədək yaxınlaşması səbəbindən gecə saatlarında təxliyə qərarı verilib. Ərazidəki qocalar evinin sakinləri də təhlükəsiz əraziyə köçürülüblər. Alovun ərazidəki köhnə sursat anbarına doğru irəliləməsi vəziyyəti daha da gərginləşdirir. Meşədə torpaqda qalmış sursatın partlaması nəticəsində vaxtaşırı alovlanmalar müşahidə olunur.

Bölgədə havanın temperaturunun 38 dərəcəyədək yüksələcəyi gözlənilir ki, bu da yanğınsöndürmə işlərində əlavə çətinlik yaradır.

media-ads_728_90
Paylaş