Amurda partlayış nəticəsində 5 nəfər ölüb, 132 nəfər yaralanıb - YENİLƏNİB 3
Amur qaz-kimya kompleksinin ərazisindəki yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb.
“TV1” xəbər verir ki, xəsarət alanların sayı 132 nəfərə çatıb.
Xəstəxanalara 19 nəfərin çatdırıldığı bildirilir.
Yaralılardan 6-sı ağır, 13-ü isə orta ağır vəziyyətdədir. Bundan əlavə, 113 nəfər müayinə üçün xəstəxanaya çatdırılıb.
xxx
Amur Qaz-Kimya Kompleksində baş verən yanğın nəticəsində 104 nəfər xəsarət alıb.
“TV1” xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Bir Çin vətəndaşının öldüyü bildirilir.
xxx
Amur Qaz Kimya Kompleksində baş vermiş partlayış nəticəsində 1 nəfər həlak olub.
“TV1” xəbər verir ki, xəsarət alanların sayı 87 nəfərə çatıb.
Hadisənin səbəbləri araşdırılır.








