Andraş Baka Macarıstanın yeni prezidenti seçilib

media-ads_728_90

Macarıstan parlamenti ölkənin Ali Məhkəməsinin keçmiş sədri Andraş Bakanı yeni prezident seçib.

“TV1” xəbər verir ki, Bakanın namizədliyini 140 deputat dəstəkləyib, 6 nəfər əleyhinə səs verib, bitərəf qalan olmayıb.

Baka prezident andını içib və avqustun 19-da vəzifəsinin icrasına başlayacaq. Buna qədər dövlət başçısının səlahiyyətlərini parlamentin sədri Aqneş Forsthoffer icra edəcək.

Andraş Baka 2009-2011-ci illərdə Macarıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb. Daha əvvəl, 1991-2007-ci illərdə o, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi olub.

Prezident vəzifəsinə başqa namizəd olmayıb. “Fides” partiyasının nümayəndələri səsvermədə iştirak etməyiblər.

media-ads_728_90
Paylaş