Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu qızıl medal qazanıb

media-ads_728_90

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb.

“TV1” xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev finalda serbiyalı rəqibi Marko Yorqiçə ipponla qalib gələrək, gənclər arasında ikiqat qitə çempionu olub.

Bundan başqa, Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə (60 kiloqram) Monteneqronun paytaxtı Podqoritsada keçirilən U-21 Avropa çempionatında həlledici qarşılaşmada fransalı Lüsyen Tiksyeni məğlub edərək qitə yarışının qızıl medalını qazanıb.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.

media-ads_728_90
Paylaş